Bloq yazım həvəslə oxumağa başladığım Hər Şey Səninlə Başlar kitabı ilə bağlıdı. Düzünü desəm kitab göstərdiyim marağı doğrultmadı. Amma kitabdan müyyən prinsiplər əldə edə bildim.
1.Özümüzü hərəkətə gətirməliyik
Bunun üçün 4 ənənəvi yolumuz var.
a)Daxildən motivasiya olma yolu: “Bir işi görməyim üçün istəyim olmalıdır” deyə fikirləşənlərin ən çox istifadə etdiyi yoldur.İnsan o işi yerinə yetirmək istəyinin daxilində yaranmasını gözləyər,ya da özünü ruhlandıraraq o istəyi yaratmağa çalışır.İstək yaranarsa,bu yolişə yarayar,ancaq sevilməyən işlər qarşısında bu yanaşma problem yaradır.
b)Xaricdən motivasiya edilməyolu: Bu yoldan sıx istifadə edərək “Kimlərsə,yaxud nələrsə məni ruhlandırırsa, o zaman bu işi görmək istəyirəm” deyə düşünür.Bu bir insan, mahnı, kitab, məkan, film və s. ola bilər
c)Daxili intizam yolu: İradənin gücündə istifadə edərək özünü daxildən məcbur edib o işi özünə gördürə bilməkdir.İnsan özünə deməlidir ki “mən bu işi görəcəm”.
d)Xarici intizam yolu: Bu yol başqalarının təsiri ilə hərəkətə gəlməyə aiddir.Başımızın üstündə bir nəfər olsa,o bizə dahə qətiyyətli olmağı məcbur edəcək
2.Dərhal nəticə əldə etməyə tələsməmək
Bəzən dərhal nəticə istəmək arzumuz,ümüumilkdə arzumuza çatmamağımıza səbəb ola bilər.Yalnız nəticə barəsində ddüşünməməliyik.Bu insanı səbirsizliyə gətirib çıxardır. “Əkdiyin bir ağacın kök atıb-atmadığını bilmək üçüm hər gün çıxarıb saçaqlarına baxsan heç vaxt kök atmaz.
3.Bir qapını 40 dəfə döymək.
Bir qabını 40 dəfə döymək,40 qapını bir dəfə döymkdən daha yaxşıdır.Belə olan halda bu bizim qətiyyətimizi göstərmiş olur.Təbii ki,bir qapını 40 dəfə döymək üçün əvvəlcə məqsədini tam dəqiqləşdirmək lazımdır.Çatmaq istədiyimiz hədəfə dair ilk cəhtimiz nəticəsiz qaldısa,önümüzdə başqa seçimlər var.
a)Eyni adama fərqli şəkildə yaxınlaşa bilərik
b)Fərqli adamlara eyni şəkildə yaxınlaşa bilərik
c)fərqli adamlara fərqli şəkildə yaxınlaşa bilərik
Sadəcə münasibət formamızda dəyişilik edirik.
4.Uğurlara xəyanət etməmək
Kitabdan əldə etdiyim ən yaxşı fikirlərdən biri bu oldu.Bəzi adamlar azacıq bir uğur qazanandan sonra geri çəkilirlər.Mən əldə edəcəyimin ən yaxşısını etdim deyirlər.Düzdü insan çata biləcəyi ən pik pilləyə qədər qalxa bilər.Amma mən düşünürəm ki,nə qədər uğur qazansan,nə qədər məqsədinə çatsan da hədəflər tükənmir.Məqsədlər tələbat kimidi.Nə qədər pulun çox oldu,o qədər də tələbatların çox olacaq.Uğurun hüdudları yoxdu.Əgər sən bir uğurdan sonra dayanırsansa bu yerdə qalan və qazandığın uğurlara xəyanətdir.
5.Ətalətdən,tənbəllidən qurtulmaq
Bizim çoxumuzda olan bir problem.Hamımızın keçmişində yaxud da indi də tənbəllik deyilən bir pis vərdiş olub.Tənbəl olmaq bizim uğur qazanmağımıza maneə olan ən böyük amildir.İnsan ətalət anında olanda heç nə eləmək istəmir.Belə zamanlarda edilməsi lazım olan ən böyük şey ilk addımı atmaqdır.Bir maşını əvvəlcə itələsək bu bizdən çox güc tələb edəcək.Sonradan itələyib hərəkətə gətirdiyimiz maşını sadəcə azacıq itələməknən hərəkətini təmin etmiş olacayıq.İnsan da belədir.İlk addım çox şeyi həll edir.
6.Çarəsizlikdən qurtulmaq
Çarəsizlik uğur qazanmağımıza mane olmamalıdır.Hər bir zaman bir çıxış yolu vardır.Əsas olan səbr etmək lazımdır.Tarixdə bir çox uğurlu insanın başına müxtəlif çarəsizliklər gəlmişdir.Məsələn M.K.Atatürk: 7 yaşında atasını itirdi,8 yaşında məktəbdən çıxarıldı,10 yaşında yeni daxil olan məktəbdən anası onu çıxartdı,17 yaşında olanda xəyalındakı məktəbin istədiyi bölümü üçün lazım olan balı toplaya bilmədi,24 yaşında həbss edildi,25 yaşında Suriyaya sürgün edildi,37 yaşında olanda böyrək xəstəliyinə görə Vaynada 2 ay xəstəxanada yatdı,38 yaşında komandir təin edildiyi ordu dağıdıldı,38 yaşında həbs olunması üçün qərar çıxarıldı,39 yaşında edam cəzasına məhkum edildi,42 yaşında Türkiyə Cümhuriyyətinin Prezedenti seçildi.
7.Mübarizə aprmaq,əzmkar olmaq,təslim olmamaq
Məqsədə doğru getdiyimiz yolda qarşımıza çıxmayacaq maneə olmayacaq.Hər bir maneə ilə üzləşə bilərik.Bizə qalan isə mübarizə aparıb,aparmayacağımızdır.Mübarizə aparsaq uğur bizi izləyəcək,aparmasaq ya ətalətdə olacayıq ya da geriləyəcəyik.Əsas olan qarşımıza çıxan maeələri dəf edib irəliləməkdir.Bunu bacarsaq uğur bizimdir.
8.Uğur xəyalların xatirələrə çevrilməsidir
Bu dünyaya biz uğur qazanmaq üçün gəlmişik sanki.Həyatımızın yarısında,o biri yarısını yaxşı keçirmək üçün vuruşuruq. “Həyatda ya tozu dumana qatarsan, ya da tozu, dumanı udarsan. Seçim sənindir!”
4 yaşındaykən uğurun anlamı: Altına qaçırmamaqdır
12 yaşındaykən uğurun anlamı: Çoxlu sayda dosta sahib olmaqdır
20 yaşındaykən uğurun anlamı: Cinsi həyatımızın aktiv olmasıdır
35 yaşındaykən uğurun anlamı: Varlı olmaqdır
60 yaşındaykən uğurun anlamı: Cinsi həyatımızın aktiv olmasıdır
70 yaşındaykən uğurun anlamı: Çoxlu sayda dosta sahib olmaqdır
80 yaşındaykən uğurun anlamı: Altına qaçırmamaqdır
9.Sərhədlərimizi aşmaq
Kitabdan əldə etdiyim ən gözəl fikirlərdən biridi.2 ay əvvəl bir təlimdə,təlimçi məni çağırdı bütün alın ortasına və mənə dedi 2 dəqiqə ərzində sən bir ayaq üstündə nə qədər atlanıb-düşə bilərsən.Mən də dedim təxminən 90 dəfə.Sonra dedi indi yoxlayaq görək nə qədər edirsən.Zal hesablamağa baçladı və təlimçi taymeri saxladı və zaldan soruşdu.Nə qədər elədi?Zalın cavabı 120 oldu.Mən bu an çox böyük təəccüb keçirtmədim ta təlimçinin taymeri göstərməsinə qədər.Cəmi 30 saniyə keçmişdi.Mənə çox böyük dərs verdi bununla o təlimçi.Özümüzə limit qoyduğumuz o an hər şeyin bitdiyi andır.Çoxumuz öz potensialımıza bələd deyilik.Amma beyinimizdə sərhəd qurmuşduq ona qarşı.Kitabda da buna oxşar misallar var idi.
10.Daxili maneələri dəf etmədən,xarici maneəlri dəf etmək olmaz
Bir hədəfə doğru gedərkən 2 maneə ilə qarşılaşırıq.Xarici maneə,Daxili maneə.Xarici maneə bizə ərafdan göstərilən təsirlər.daxili maneə isə “mən bunu bacarmaram”dır.
Xarici maneələri dəf etmək üçün daxili maneələrimizi dəf etmək lazımdır.Daxilimizdə nail ola bilmədiyimiz bir şeyə xaricdə də nail ola bilmərik.Daxili maneələri dəf etməyən adamlar heç xarici maneələri dəf etməyə səy belə göstərməzlər.Daxilimizdəki maneələr daha təhlükəlidir.Digər canlılar xarici maneələri daha yaxşı bildiyi halda,insanlar daxillərindəki problemləri görmürlər.İradə gücümüz vasitəsilə daxilimizdəki maneələri aradan qaldıra bilərik.Xarici maneələr öz-özünə dəaradan qalxa bilər.