Renad Yuzbay Renad Yuzbay
  • Mövzular
    • Xaricdə Təhsil
    • Kitab
    • Şəxsi İnkişaf
    • Sənət
    • Fəlsəfə
    • Musiqi
    • Tövsiyə
    • Psixologiya
    • Film
    • Texnologiya
  • Master Klass
  • Bioqrafiya

Archives

  • January 2023
  • November 2022

Categories

  • Kitab
  • Psixologiya
  • Şəxsi İnkişaf
  • Tövsiyə
  • Xaricdə Təhsil
Renad Yuzbay Renad Yuzbay
  • Mövzular
    • Xaricdə Təhsil
    • Kitab
    • Şəxsi İnkişaf
    • Sənət
    • Fəlsəfə
    • Musiqi
    • Tövsiyə
    • Psixologiya
    • Film
    • Texnologiya
  • Master Klass
  • Bioqrafiya
  • Psixologiya
  • Tövsiyə

“BURNOUT – TÜKƏNMİŞLİK SİNDROMUNDAN” QURTULMAQ ÜÇÜN 3 SADƏ ADDIM

  • November 11, 2022
  • renadyuzbay
“THE BURNOUT SYNDROME” (renadyuzbay.com)
Total
0
Shares
0
0
0

Düşünürəm ki, aranızda “artıq bacarmıram”, “lənət olsun”, “yorğunam” deyənlər var. Düşünürəm ki, bu yazını oxumağa başlamısınızsa, heç olmasa bir dəfə o hissləri hiss etmisiniz və ya hazırda bu vəziyyətdəsiniz. Pis xəbərim var. həyatdan sizi tükəndirə biləcək, sizi məhv edə biləcək bir sindroma yoluxmusuz.

Herbert Freudenberg sindromu ilk təsvir edib və “Tükənmişlik Sindromu” adlandırdı. O sindromun simptomlarını emosional eniş və yoxuşları, yuxu problemləri, yorğunluq, əsəbilik, bel ağrısı və s kimi təsvir etmişdi.

Mən sizi bu hissləri bir-bir yaşamış birisi kimi başa düşürəm, ağrınızı anlayıram. Səhv etmirsiniz, bəzən iş o qədər qarışır ki, nə həvəsiniz olur, nə də ki, çıxış yolu görsnir. Beynin daxilində minlərlə fikir gəlir, hər şeyi düşünürsən. Bununla belə, nə düşündüyünüzü tam olaraq bilmirsiniz. YAXŞI XƏBƏR. Sizə bu sindormdan qurtulmağın 3 yolu barəsində yazacam. Ancaq özünüzə söz verməlisiniz ki, bu çətinliyi qəbul edəcəksiniz.

 

1) İDMAN EDİN

İdman etməməyin sağlamlığa olan zərərlərini hamımız bilirik. Amma fiziki aktiv olmamağın mental sağlamlığa olan zərərləri barəsində bəlkə də çoxumuz məlumatlı deyilik. Bu təsirlərin biri məhz “Tükənmişlik Sindormu”dur. İnsan idman etmədikdə, qidalardan, sudan və s. əldə etdiyi enerjini tam sərf edə bilmir. Belə olan halda, beynimiz buna reaksiya verməyə başlayır və istifadə olumayan enerjini fərqli yönlərə yönəldir. Bu da fikir dağımıqlığına, fokuslana bilməməyə və dərin düşüncələrə gətirib çıxardır. Mənfi hisslər ağırlıqlı bu düşüncələr, zamanla mental sağlamlığınıza zərər verərək, çarəsizliyi gözünüzdə böyütməyə başlayır.
Bunun qarşısını almaq üçün isə ən ideyal yol, fiziki aktiv olmaqdır. Velosiped sürmək, qaçış, aerobika, futbol və hətta sərt döyüş sənətləri sizə enerjinizdən düzgün istifadəni öyrədəcək. 
İdman etmək həm burnout sindromundan qurtulmağın həmçinin də yaxalanmamaq üçün ideal yoldur.

 

2) SOSİAL MEDİALARDAN İSTİFADƏNİ CİDDİ ŞƏKİLDƏ AZALDIN

Nottingham Trent Universitetindən bir araşdırma: Tədqiqatçılar psixoloji və şəxsiyyət xüsusiyyətləri və sosial mediadan istifadə ilə bağlı araşdırma apardılar. Klinik psixoloqların nöqteyi-nəzərindən, xüsusi olaraq “Facebook Asılılıq Pozğunluğu” (və ya daha çox “Sosial Şəbəkə Asılılıq Pozğunluğu”) insanların mental sağlamlğına zərər verir, çünki asılılıq meyarları, məsələn, şəxsi həyata laqeyd yanaşma, zehni məşğuliyyət, qaçmaq, əhval-ruhiyyəni dəyişdirən təcrübələr, tolerantlıq və asılılıq davranışını gizlətmək, Sosial Medianı həddindən artıq istifadə edən bəzi insanlarda mövcuddur.

Unutmayın, insanlar adətən real həyatda olmadığı kimi sosial mediada özlərin göstərirlər. Məsələn instagram girsək görərik hər yer güllük-gülüstanlıqıdır və hər kəs problemsiz həyat sürür. Siz o insanları nə qədər çox görsəniz, beyninizdə bir o qədər psixoloji “mən nə edəcəm” düşüncələri formalaşacaq.

 

3) MƏQSƏDLƏRİNİZƏ, PLANLARINIZA FƏRQLİ BAXIN

Məqsədlərinizə çatmadığınız zaman, həmin bu hədəflər sizə lazımsız olduğunuz, bacarmadığınız hissi etdirə bilərlər. Bunun olmamağı üçün məqsədləri və hədəfləri qoyarkən diqqətli olmaq lazımdır. Əldə edilə bilən məqsədləri müəyyənləşdirin və hərəkətə keçin. Sindromdan xilas olana qədər uzunmüddətli planlar qurmayın. Əldə edilə bilən 1 illik plan hazırlayın və onu hissələrə bölün. Başlamazdan əvvəl əmin olun ki, hər bir addım asanlıqla əldə edilə bilər. Dərin düşünməyə ehtiyac yoxdur, hər gün planınıza sadiq qalın və bunu vərdiş halına gətirin. Bu, özünüzə inam hissinin geri qaytaracaqdır. Zamanla isə, sindromdan qurtulacaqsız.

Unutmayın ki, hər kiçik nailiyyət əzm tələb edir. “Tükenmişlik sindromu”nu qidalandırmaq əvəzinə, planlı və motivasiyalı hərəkət edin. Davamlılığı qoruyun. Mütləq ki, uğur sizinlə olacaq.

Total
0
Shares
Share 0
Tweet 0
Pin it 0
Related Topics
  • burnout
  • sindrom
  • tükənmişlik
renadyuzbay

Previous Article
Mümin Sekman - Hər Şey Səninla Başlar (renadyuzbay.com)
  • Kitab
  • Şəxsi İnkişaf

Oxu: Hər şey səninlə başlar (Mümin Sekman)

  • November 2, 2022
  • renadyuzbay
View Post
Next Article
Ünsiyyət zamanaı 7 ölümcül xəta (renadyuzbay.com)
  • Psixologiya
  • Şəxsi İnkişaf

Ünsiyyət zamanı 7 ölümcül xəta

  • November 13, 2022
  • renadyuzbay
View Post
You May Also Like
Ünsiyyət zamanaı 7 ölümcül xəta (renadyuzbay.com)
View Post
  • Psixologiya
  • Şəxsi İnkişaf

Ünsiyyət zamanı 7 ölümcül xəta

  • renadyuzbay
  • November 13, 2022

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Renad Yuzbay Renad Yuzbay
  • Mövzular
  • Master Klass
  • Bioqrafiya

Input your search keywords and press Enter.