Renad Yuzbay Renad Yuzbay
  • Mövzular
    • Xaricdə Təhsil
    • Kitab
    • Şəxsi İnkişaf
    • Sənət
    • Fəlsəfə
    • Musiqi
    • Tövsiyə
    • Psixologiya
    • Film
    • Texnologiya
  • Master Klass
  • Bioqrafiya

Archives

  • January 2023
  • November 2022

Categories

  • Kitab
  • Psixologiya
  • Şəxsi İnkişaf
  • Tövsiyə
  • Xaricdə Təhsil
Renad Yuzbay Renad Yuzbay
  • Mövzular
    • Xaricdə Təhsil
    • Kitab
    • Şəxsi İnkişaf
    • Sənət
    • Fəlsəfə
    • Musiqi
    • Tövsiyə
    • Psixologiya
    • Film
    • Texnologiya
  • Master Klass
  • Bioqrafiya
  • Xaricdə Təhsil

Belçikada Təhsil – Master Mind təqaüd proqramı

  • January 8, 2023
  • renadyuzbay
Total
0
Shares
0
0
0

Sizə bu dəfəki təqaüd xəbərim Belçikadandır. Master Mind kimi bir çox təqaüd imkanları təqdim edən Belçika, beynəlxalq tələbələr üçün reytinqli universitetlərə ev sahibliyi etdiyi və yüksək yaşam standartlarına malik olduğu məşhur bir ölkədir. Bundan əlavə, bura üç rəsmi dili olan (fransızca, hollandca və almanca) və zəngin mədəniyyət tarixinə malik çoxdilli ölkədir. Avropanın mərkəzində yerləşdiyi üçün təhsil müddətində başqa ölkələrə səyahət etmək asanlaşır. Bütün bu amillər Belçikanı təhsil almaq üçün cəlbedici yerə çevirir.

Master Mind barədə

Flamand Təhsil və Təlim Nazirliyi dünyanın hər yerindən yüksək göstəricili tələbələrə Flandriya və Brüsseldə magistr proqramları üçün təqaüdlər verir. Master Mind Təqaüdünə hər tədris ili üçün € 9 600 qrant + təhsil haqqından azad olmaq daxildir (60 AKTS). Master Mind Təqaüdü sahibləri yalnız inzibati qeydiyyat haqqı ödəyirlər. Qrant hissə-hissə ödənilir və yataqxana, sığorta və yaşam xərclərini qarşılayır. Əgər müraciət etməyi düşünürsünüzsə, əvvəlcə Master Mind Təqaüd Proqramında iştirak edən Flamand ev sahibi universitetlərdən birinə müraciət etməlisiniz.

Tələblər və Uyğunluluq

  • Müraciətçi Belçika ali təhsil müəssisəsində magistratura proqramına daxil olmaq üçün müraciət edir.
  • Müraciətçi yüksək akademik performans və/və ya potensiala malik olmalıdır:
    4.0 üzərindən 3.5-dən yüksək Ümumi Orta Qiymət Balı (GPA):
https://www.scholaro.com/gpa-calculator/ (Əlavə 1-ə baxın, Amerika GPA-nı necə hesablamaq olar)
  • Müraciətçi C1 səviyyəsində ingilis dili sertifikatına malik olmalıdır.
    IELTS imtahanından ümumi minimum 7.0 bal
    TOEFL imtahanından minimum 94 bal
  • İncəsənət üzrə proqramlara müraciətdə B2 səviyyəsi tələb olunur.
    IELTS imtahanından ümumi minimum 6.5 bal
    TOEFL imtahanından minimum 90 bal

Master Mind Müraciət Proseduru

İlk öncə universitet Müraciət prosedurlarını yerinə yetitirirsiniz.
Qeyd: Son müraciət tarixləri fərqli olduğundan, sənədlərinizi göndərəcəyiniz proqram, həmçinin də universitetin daxili qaydalarını oxumağınız tövsiyə olunur.
Daha sonra təqaüdə müraciət qaydaları hər universitetdə fərqli olduğundan, müraciət edəcəyiniz universitetin tələblərinə əməl etməlisiniz. Ya universitet qəbulu alındıqdan sonra təqaüd müraciəti üçün əlavə sənədləri təhvil verəcək, yaxud da prosesi özləri yerinə yetirəcəklər. Aşağıdakı ardıcıllıq qorunmalıdır.

  • ADDIM 1
    Müraciət etmək hüququna malik olduğunuzu və seçdiyiniz Belçika təhsil müəssisəsinin Master Mind Təqaüdlərində iştirak edib-etmədiyini yoxlayın;
  • ADDIM 2
    Universitet müraciətini həyata keçirdin;
  • ADDIM 3
    Universitet qəbul komissiyası təqaüdə uyğun namizədləri seçir;
  • ADDIM 4
    Müraciət etdiyiniz universitet Mobility-Online proqram alətində təqaüd müraciəti faylınızı yaratmaqla Master Mind Təqaüdü proseduruna başlayır;
  • ADDIM 5
    Mobility-Online sizə Master Mind Təqaüdü üçün namizəd kimi seçildiyiniz barədə, bildirişi e-poçt məktubu kimi göndərir;
  • ADDIM 6
    Mobility-Online vasitəsilə qeydiyyatdınızı tamamlayırsınız və son tarixdən əvvəl aşağıdakı sənədləri yükləyərək ərizə faylınızı tamamlayırsınız:
    – Pasport şəkli
    – Xarici pasport və ya milli şəxsiyyət vəsiqəsi
    – Curriculum Vitae (CGPA və uyğun olduqda nəşrləriniz, akademik mükafatlarınız, əvvəlki təqaüdləriniz və s. daxil olmaqla)
    – Akademik transkript; holland, fransız, alman və ya ingilis dillərindən başqa dildədirsə, təsdiq edilmiş tərcümə əlavə edilməlidir.
    – Dil biliklərini təsdiq edən sənəd
    – İngilis dilində yazılmış motivasiya məktubu
    – İki ədəd imzalı tövsiyə məktubları
    – Alınmış diplom(lar)ın surəti; holland, fransız, alman və ya ingilis dillərindən başqa dildə yazılmışsa, təsdiq edilmiş tərcümə əlavə edilməlidir.

Maliyyə Təminatı​

Təqaüd bütün xərlərinizi qarşılayacaqdır

  • ​Ödənişsiz təhsil
  • 9600 avroluq qrant
  • Yataqxana xərcləri
  • Sığorta xərcləri
00Days
00Hours
00Minutes
00Seconds
Total
0
Shares
Share 0
Tweet 0
Pin it 0
Related Topics
  • Belçika
  • Master Mind
  • Təqaüdlü Təhsil
  • Xaricdə təhsil
renadyuzbay

Previous Article
  • Xaricdə Təhsil

KAUST – Study in Saudi Arabia

  • November 19, 2022
  • renadyuzbay
View Post
You May Also Like
View Post
  • Xaricdə Təhsil

KAUST – Study in Saudi Arabia

  • renadyuzbay
  • November 19, 2022
View Post
  • Xaricdə Təhsil

Study in Hungary with Stipendium Hungaricum

  • renadyuzbay
  • November 19, 2022
View Post
  • Xaricdə Təhsil

Erasmus Mundus Joint Masters (EMJM) Scholarships

  • renadyuzbay
  • November 19, 2022

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Renad Yuzbay Renad Yuzbay
  • Mövzular
  • Master Klass
  • Bioqrafiya

Input your search keywords and press Enter.