Renad Yuzbay Renad Yuzbay
  • Mövzular
    • Xaricdə Təhsil
    • Kitab
    • Şəxsi İnkişaf
    • Sənət
    • Fəlsəfə
    • Musiqi
    • Tövsiyə
    • Psixologiya
    • Film
    • Texnologiya
  • Master Klass
  • Bioqrafiya

Archives

  • January 2023
  • November 2022

Categories

  • Kitab
  • Psixologiya
  • Şəxsi İnkişaf
  • Tövsiyə
  • Xaricdə Təhsil
Renad Yuzbay Renad Yuzbay
  • Mövzular
    • Xaricdə Təhsil
    • Kitab
    • Şəxsi İnkişaf
    • Sənət
    • Fəlsəfə
    • Musiqi
    • Tövsiyə
    • Psixologiya
    • Film
    • Texnologiya
  • Master Klass
  • Bioqrafiya
  • Psixologiya
  • Şəxsi İnkişaf

Ünsiyyət zamanı 7 ölümcül xəta

  • November 13, 2022
  • renadyuzbay
Ünsiyyət zamanaı 7 ölümcül xəta (renadyuzbay.com)
Total
0
Shares
0
0
0

İnsan səsi və sözləri çox dəyərlidir. Bəzən sözlər sevgi, bəzən də müharibə yarada bilər. Mübahisələrdən qaçmağın yolu isə kommunikasiyada yazılmamış qanunları öyrənəmək və tədbiq etməkdir. Bu məqalədə bir çoxumuzun gündəlik həyatda ünsiyyət zamanı buraxdığı ölümcül deyə biləcək yanlışlar barədə yazıram.

1) QEYBƏT

Təsadüfi və ya qeyri-məhdud söhbət və ya digər insanlar, hadisələr haqqında xəbər yaymaq, adətən doğruluğu təsdiqlənməyən təfərrüatları ehtiva edir.
İsim kimi dedi-qodu ilə söhbət arasındakı fərq ondan ibarətdir ki, qeybət başqasının şəxsi həyatı, işi, xarakteri haqqında üçüncü tərəflərlə müzakirədir. Bir fel kimi isə dedi-qodu, başqasının şəxsi və ya şəxsi işi haqqında, xüsusən də xəbər yayan bir şəkildə danışmaqdır. Orada olmayan biri haqqında danışmaq, həmin şəxsi müzakirə mövzusuna çevirmək mənfi bir şeydir. Yəqin ki, sizinlə qeybət edən insan, çox güman ki, sizdən 5 dəqiqə sonra başqasına sizin haqqınızda qeybət edəcək.

Tövsiyyə ondan ibarətdir ki, bu insnalardan mümkün qədər uzaq olun. Yox əgər siz qeybət edən birisinizsə o zaman bunu özünüzdə dəyişməyiniz mütləqdir. 

2) MÜHAKİMƏ ETMƏK

Birini onun haqqında heç nə bilmədən tənqid etmək negativ bir şeydir və ünsiyyətdə qəbul olunmaz səhvlərdən biridir. Müqayisəli şəkildə bu ölümcül səhvi izah etməyə çalışacağam. Məsələn, kimsə sizin xarakterinizi, zəkanızı, inanclarınızı, qərarlarınızı və ya seçimlərinizi utancverici bir şəkildə şübhə altına aldıqda, sizi tanımadan haqqınızda ilk fikri formalaşdırdıqda, bu hal sizə mənfi bir şəkildə mühakimə olunduğu hissini verə bilər. Eynilə əksi, siz tanımadığınız birisini, onunla tanış olmadan, düşüncə tərzinə bilmədən, davranışlarını görmədən mühakimə etsəniz, qarşı tərəf sizin hiss etdiyiniz hissləri birə-birini yaşayacaq. Əksərən hətta bu hal mübahislərə də gətirib çıxardır.

3) ÜNSİYYƏTDƏ NEQATİVLİK

Bu, bizim işimizə ən böyük maneələrdən biridir. Düşüncələrimiz mənfi olduqda, hərəkətlərimizə təsir edir. Bundan sonra nə olacağını təxmin etmək asandır. İnsanlarla münasibətlərimizdə ciddi problemlərlə üzləşirik.
Əgər “mənfi ünsiyyət”i məlumatın lazımsız mənfi və ya sərt şəkildə ötürüldüyü bir üslub kimi təyin etsək, burada bəzi ümumi nümunələri qeyd edə bilərik:
“Qəzəblə mübarizə”
Bu qrup insanlar qəzəblə mübarizəni bunu anında paylaşmaqda görür. Belə olan halda, neqativlik ötürülür. Bu neqativliyi alan şəxs isə, mütləq bir vasitə ilə başqa tərəfə ötürəcəkdir. Buna görə də ilkin, olaraq, kiməsə qəzəbiniz barəsində danışmazdan əvvəl, sakitləşməyə çalışmaq lazımdır. 
“Problemlərlə iləriləmək”
Bu insanlar hər vəziyyətdə mənfi cəhətlərə həddindən artıq diqqət yetirirlər. Misal üçün, sevgiliniz, valideyniniz, dostunuz, tanışınızla gələcək və ya hər hanı planınız haqqında danışırsız və qayıdıb eşidirsiz ki, “düşünürəm bu məsələdə problemlərin olacaq” və ya “bəs hər şey istədiyin kimi olmasa nə edəcəksən?”. Şəxsən mən bu tərzdə danışan insanlardan böyük negativlik alıram və onlarla kommunikasiyadan yayınıram.
“Səssizlik”
Düzgün ünsiyyət tək tərəfli olmamalıdır. Dinləmə bacarığınızın olması xarakterinizdə gözəl nüanslardan biri ola bilər, lakin siz çox zaman susmağı üstün tutursunuzsa, bu qarşı tərəfə onu dinləmədiyiniz təsiri bağışlaya bilər. Necə deyərlər səssizlik bəzən passiv aqressiyadır

4) DEYİNMƏK

Gileylənmək ünsiyyətdə neqativliyin bir növüdür. Əgər gileylənirsinizsə, lütfən, ondan qurtulun.
Oksford İngilis dili lüğətinə görə, “grumble” sözü qismən fransızca “grommeler” felindən, özünə mırıldanmaqdan törəmişdir. Amma grommeler heyvanlara da aiddir: bu, dişlərinizin arasında mırıldanmaq, uğuldamaq deməkdir. Deyinməkdə heyvani bir şey var. O, cisimsiz, rasional və maariflənmiş mübahisədən fərqlənir. Deyinmək bədənə aiddir: on səkkizinci əsrdə sən özünü “gileyli” – “gileylə dolu” – təxminən eyni şəkildə “ödlü” kimi təsvir edə bilərdin. On doqquzuncu əsrdə “deyingən” ola bilərdiniz. On altı yüzilliyin sonunda İngiltərənin Məhkəmə Partiyasının üzvləri öz düşmənlərini, Ölkə Partiyasını “Qrumbltonçular” adlandıraraq lağa qoydular. 

Yəqin ki, siz heç lağa qoyulan birisi olmaq istəməzsiniz. 

5) BƏHANƏ GƏTİRMƏK

“Heç vaxt bəhanə gətirməyin. Dostlarınızın onlara ehtiyacı yoxdur və düşmənləriniz onlara inanmayacaq.” – Con Vuden

Çalışın heçnəyə bəhanə gətirməyin. Nəyisə edə bilməmisinizsə səbəblərini özünüz üçün araşdırın. Lakin lazım olmadıqca deməyin ki, “hava soyuq olmasaydı qaçacaqdım” və ya “kitabxana açıq olsaydı oxuyardım”.

Bir şeylərə başlmaq və ya nəyisə etmək üçün ən böyük maneələrdən biridir bəhanə tapmaq. Bu maneə həm də özümüzə inamımızı azaldır. Sadəcə təsəvvür edin ki, biz özümüzə inamımız olmadan belə “uduzan”ıq.

6) UYDURMAQ VƏ ŞİŞİRTMƏK

İnsanların necə də qəşəng bacardığı bir işdir, elə deyilmi?! El arasında bu adamları qeyri etik sözlə çağırırlar. Şişirtməyi hətta mən “iməkləyə bilməyən yalan” adlandırardım. Ağızdan çıxan anda 99 faiz halda yalan olduğu bilinir bu danışıq tərzi. 

7) DOQMATİZM

“Əgər bizə çatmaq üçün müəyyən dərəcədə əminliyə ehtiyacımız olduğu doğrudursa, həddən artıq çox şeyin ölümcül ola biləcəyi də doğrudur.”
― Terri Eagleton, Həyatın mənası

Doqmatizm çox vaxt qərəz və təəssübkeşlik səbəbindən inadkar və dar düşüncə tərzidir. İdeyaların reallıqla qarışması. Bu iki şey ünsiyyətdə bir araya gəldikdə, sadəcə cəfəngiyat alınır. Qulaq asmaq çətindir.

ünsiyyət (renadyuzbay.com)
Creator: juju (Information extracted from IPTC Photo Metadata.)
Bəs ünsiyyətəki bu mənfiləri necə müsbətə çevirə bilərik?

Təbii ki, bu ölümcül xüsusiyyətlərdən çıxış yolu var. Onları 4 böyük element adlandırmaq daha düzgün olardı. Bu elementlər birlikdə HAIL (Honesty, Authenticity, Integrity, Love) adlanır. Bunu “xoş gəldin” kimi də başa düşmək olar.

Dürüstlük – Dediyimiz hər şey doğru, aydın və dəqiq olmalıdır.

Həqiqilik – Özün olmaq. Öz həqiqətlərinizi bilmək.

Ləyaqət – İnsanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu ,həmçinin, bu xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Dediklərini yerinə yetirmək, sözünün üstündə durmaq və güvənən verən insan olmaq.

Sevgi — Bu, insanlara həyatın gözəl tərəflərini göstərən amildir. Çalışın ünsiyyət zamanı bəzən çətin olsa belə xoşməramlı olun.

Ünsiyyət hər bir vəziyyətdə hər birimiz üçün açardır. Həmişə o açarı əlinizdə tutmağa çalışın.

Total
0
Shares
Share 0
Tweet 0
Pin it 0
Related Topics
  • kommunikasiya
  • şəxsi inkişaf
  • ünsiyyət
  • xəta
renadyuzbay

Previous Article
“THE BURNOUT SYNDROME” (renadyuzbay.com)
  • Psixologiya
  • Tövsiyə

“BURNOUT – TÜKƏNMİŞLİK SİNDROMUNDAN” QURTULMAQ ÜÇÜN 3 SADƏ ADDIM

  • November 11, 2022
  • renadyuzbay
View Post
Next Article
  • Xaricdə Təhsil

Erasmus Mundus Joint Masters (EMJM) Scholarships

  • November 19, 2022
  • renadyuzbay
View Post
You May Also Like
“THE BURNOUT SYNDROME” (renadyuzbay.com)
View Post
  • Psixologiya
  • Tövsiyə

“BURNOUT – TÜKƏNMİŞLİK SİNDROMUNDAN” QURTULMAQ ÜÇÜN 3 SADƏ ADDIM

  • renadyuzbay
  • November 11, 2022
Mümin Sekman - Hər Şey Səninla Başlar (renadyuzbay.com)
View Post
  • Kitab
  • Şəxsi İnkişaf

Oxu: Hər şey səninlə başlar (Mümin Sekman)

  • renadyuzbay
  • November 2, 2022

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Renad Yuzbay Renad Yuzbay
  • Mövzular
  • Master Klass
  • Bioqrafiya

Input your search keywords and press Enter.